EN

Baş prokuror Qətərdə qarşılıqlı əməkdaşlıq potensialının gücləndirilməsi məsələlərini müzakirə edib

Bakı. Trend:

Noyabrın 26-27-si tarixlərində Baş prokuror Kamran Əliyevinrəhbərlik etdiyi nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatına(İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparanhüquq-mühafizə orqanlarının ikinci yüksək səviyyəli görüşündəiştirak üçün Qətər Dövlətinə işgüzar səfər edib.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nümayəndəheyəti ölkəmizin Dohadakı səfirliyinə gələrək xalqımızın ümummillilideri Heydər Əliyevin büstünü ziyarət edib, Ulu öndərin əzizxatirəsi ehtiramla yad olunub.

Məlumata görə, İƏT üzvü olan 57 ölkənin baş prokurorları,ədliyyə, daxili işlər nazirləri, müstəqil antikorrupsiyaqurumlarının və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərininiştirak etdiyi korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizəorqanlarının görüşünü giriş sözü ilə açan ev sahibi - QətərDövlətinin İnzibati Nəzarət və Şəffaflıq Təşkilatının sədri HamadBen Nasser Al Misnad tədbirin işinin tərəf dövlətlərin korrupsiyayaqarşı mübarizə sahəsində birgə səylərinə verəcəyi töhfədən danışıb,gələcək fəaliyyətdə təşkilatın korrupsiyaya qarşı mübarizəsahəsində əməkdaşlıq haqqında Məkkə Konvensiyasının tətbiqimexanizmi və icra perspektivindən söz açıb.

Yüksək səviyyəli iclasda çıxış edən Baş prokuror AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi iləölkəmizin milli prioritetlərindən olan korrupsiyaya qarşı mübarizəsahəsində aparılmış ardıcıl islahatlar, hüquqi və institusionaltədbirlər barədə xarici həmkarlarına məlumat verib, İslam ölkələriilə əməkdaşlığa ayrılan xüsusi diqqətin çoxsaylı nümunələrindənbiri kimi Məkkə Konvensiyasının qəbul edilməsi təşəbbüsünün ilkinmərhələdən etibarən Azərbaycan tərəfindən dəstəkləndiyinivurğulayıb.

Çıxışında habelə, ölkəmizin prokurorluq orqanlarının qlobal vəregional anti-korrupsiya təşəbbüslərində fəal iştirakına dairməsələlərə də yer verən Kamran Əliyev cari ildə ölkəmizdəkeçirilmiş dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri kimiBMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu Sessiyası - COP29, həmin tədbir çərçivəsindəAzərbaycan Prokurorluğunun xarici tərəfdaşlarla birgə təşkil etdiyiyüksək səviyyəli plenar sessiya, həmçinin Beynəlxalq ProkurorlarAssosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağınuğurlarına töhfə vermiş İslam ölkələrinin nümayəndə heyətlərinə birdaha təşəkkürünü ifadə edib.

Mütərəqqi beynəlxalq təşəbbüslərə daim açıq olmaqla bu sahədəetibarlı platforma rolu oynayan ölkəmizdə aktual mövzu üzrəkeçiriləcək tədbirlərə də toxunan Baş prokuror Kamran ƏliyevBMT-nin "GlobE" Antikorrupsiya Şəbəkəsinin altıncı plenarsessiyasının 2025-ci ilin may ayında Bakıda keçiriləcəyini qeydetməklə həmkarlarını həmin tədbirə dəvət edib, İƏT-ə üzvdövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizəorqanlarının üçüncü yüksək səviyyəli görüşünə 2026-cı ildə evsahibliyinə ölkəmizin namizədliyinə göstərilən dəstəyə görəhəmkarlarına minnətdarlığını bildirib.

Tədbirdə ölkəmiz İƏT-ə Üzv Dövlətlərin antikorrupsiya qurumrəhbərlərinin Bürosunun sədr müavini seçilib.

Səfər çərçivəsində Baş prokuror tərəfindən xarici həmkarlarlabir sıra ikitərəfli görüşlər keçirilib.

Belə ki, Qətər dövlətinin nümayəndə heyəti ilə keçirilmişikitərəfli görüşdə İnzibati Nəzarət və Şəffaflıq Təşkilatının sədriHamad Ben Nasser Al Misnad ortaq dini və mədəni dəyərləri paylaşanölkələrimiz arasında müxtəlif istiqamətlərdə mövcud olan sıxtərəfdaşlıq əlaqələrinin daim inkişaf etməsindən məmnunluğunubildirib, öz növbəsində bu əlaqələrin korrupsiyaya qarşı mübarizəsahəsində qurumlararası əməkdaşlığa da töhfə verdiyini qeydedib.

Səmimi qəbula görə təşəkkürünü ifadə edən Kamran ƏliyevAzərbaycan və Qətər prokurorluqları arasında əməkdaşlıq təcrübəsinədair müsbət nümunələrə istinad edərək İnzibati Nəzarət və ŞəffaflıqTəşkilatı ilə də uğurla inkişaf etməkdə olan ikitərəfli əlaqələrinəhatə dairəsinin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Səfər zamanı Kamran Əliyevlə Səudiyyə Ərəbistanı KrallığınınNəzarət və Korrupsiyaya qarşı Mübarizə üzrə Qurumunun (Nazaha)Prezidenti Mazin bin İbrahim Əl Kahmus arasında keçirilmişikitərəfli görüşdə 2023-cü ilin noyabr ayında ölkəmizin BaşProkurorluğu ilə Krallığın Nazaha Qurumu arasında imzalanmışƏməkdaşlıq haqqında memorandumun icra vəziyyəti müzakirə olunub,eləcə də qarşılıqlı əlaqələrin növbəti inkişaf perspektivlərimüəyyən edilib.

Həmçinin, Baş prokuror Pakistan İslam Respublikasının ədliyyənaziri Azam Nazir Tararla görüşüb. Dərin tarixi bağlara malikqardaş ölkələrimiz arasında strateji tərəfdaşlıq səviyyəsinəyüksəlmiş əlaqələrin iqtisadi, hərbi, humanitar və digəristiqamətlərlə yanaşı hüquqi sahədə də dayanıqlı xarakter almasıtəqdirəlayiq hal kimi vurğulanıb. Görüşdə transmilli təzahür olankorrupsiyaya qarşı mübarizə üzrə qarşılıqlı əməkdaşlıqpotensialının daha da gücləndirilməsi məsələləri müzakirəedilib.

İraq Respublikasının Federal Dürüstlük Komitəsinin sədriMəhəmməd Əli Əl-Lami arasına keçirilmiş ikitərəfli görüşdəölkələrimiz arasında mövcud olan tarixi dostluq münasibətlərindənbəhs edilib, qurumlararası əməkdaşlıq əlaqələrinin korrupsiyayaqarşı mübarizə sahəsində imzalanması nəzərdə tutulan anlaşmamemorandumunun imzalanması ilə yeni və daha intensiv müstəviyəqədəm qoyacağına dair qarşılıqlı inam ifadə edilib.

İkitərəfli görüşlərdə cinayət işləri üzrə qarşılıqlı hüquqiyardım, ekstradisiya, cinayət yolu ilə əldə edilmiş əmlakınleqallaşdırılması, korrupsiya cinayətləri və qarşılıqlı maraqdoğuran digər mövzular ətrafında səmərəli fikir mübadiləsiaparılıb.

Bundan başqa, səfər çərçivəsində Kamran Əliyevlə İƏT-in Başkatibi Hüseyn İbrahim Taha arasında ikitərəfli görüş keçirilib.Görüşdə Təşkilatın İslam ölkələrinin həmrəyliyi və tərəqqisindəmüstəsna əhəmiyyəti vurğulanmaqla, eyni zamanda üzv dövlətlərincinayətkarlığa qarşı effektiv mübarizə fəaliyyətində də təşviqedicirolu qeyd olunub.

Görüşdə Baş prokuror tərəfindən İƏT-in istər torpaqlarımızınotuz ilə yaxın müddət ərzində işğal altında saxlanıldığı dövrdə,istərsə də növbəti mərhələdə işğal faktına son qoyulması ilə bağlıölkəmizin haqq işinə qəbul etdiyi qətnamə və bəyanatlarla daimyaxından dəstək olduğunu minnətdarlıq hissi ilə xatırladıb.

Baş katib öz növbəsində Azərbaycan Respublikasının İƏT-in işindəgöstərdiyi fəal və təşəbbüskar mövqeyə görə təşəkkürünü bildirib,ölkəmizin işğaldan azad edilmiş ərazilərinə etdiyi səfərlərləşahidi olduğu bərpa-quruculuq işlərini təqdirəlayiq bir hal kimivurğulamaqla, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi faktınınİslam dünyası tərəfindən böyük sevinclə qarşılandığınıbildirib.

Tədbirlərdə ölkəmizin Qətər Dövlətindəki fövqəladə vəsəlahiyyətli səfiri Mahir Əliyev iştirak edib.

Məqalədə:
Chosen
3
20
az.trend.az

10Sources