Məsut Özilin Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti olacağı ilə bağlı iddialar yayılıb.
Fanat.Az xəbər verir ki, veteran futbolçu bu iddialara cavab olaraq, GZT-yə müsahibədə bunları deyib:
"Mənim adımla çox reklam edən var. Hamısı yalan, hekayədir. Mənim hədəfim Türkiyədə akademiya qurmaqdır. İnşallah, ən qısa zamanda bu hədəfimə çatıb yeni nəsillərin əlindən tutaram".
Beləliklə, Məsut Özil TFF prezidentliyi ilə bağlı iddiaları təkzib edərək, əsas məqsədinin Türkiyədə futbol akademiyası yaratmaq olduğunu vurğulayıb.
Qeyd edək ki, Almaniya millisinin türk əsilli sabiq oyunçusu oktyabrın əvvəlində Azərbaycana səfər etmişdi.