EN

Ançelotti “Liverpul”la oyundan öncə “mavi” olduğunu etiraf etdi

“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 5-ci turu çərçivəsində “Liverpul”la səfər oyunundan gözləntilərini paylaşıb.

Arena.az AS dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Qarşıdakı oyundan danışsaq, bu, əla oyun olacaq. Bu oyun bizim üçün həqiqətən çox vacibdir, çünki mümkün qədər çox xal qazanmalıyıq. İlk səkkizliyə düşə biləcəyimizi bilmirəm, çünki artıq iki dəfə məğlub olmuşuq…

Qarşılaşma gərgin keçəcək, biz tarix nöqteyi-nəzərindən iki böyük klubuq. Bizim fərqli xüsusiyyətlərimiz var və buna müvafiq olaraq, kimin öz oyununu tətbiq edə biləcəyini görəcəyik. “Liverpul” həmişə çox güclüdür – Kloppun dövründə belə idi və yeni baş məşqçi Slotun dövründə də belə olacaq. “Liverpul” haqqında fikrim? Mən “Everton” azarkeşiyəm, mən “mavi”yəm”, deyə Ançelotti “Liverpul”un əzəli rəqibinə işarə etməklə, od üzərinə yağ töküb.

Xatırladaq ki, “Liverpul” – “Real” oyunu bu gün, noyabrın 27-də baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 00:00-da (28 Noyabr) başladacaq.

Chosen
23
arena.az

1Sources