Bakı. Trend:
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyindəolan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “ALCO” MMC-nin məhsulistehsalı və ixracında müsbət dinamika müşahidə edilir.
İZİA-dan Trend-ə verilən məlumata görə, 2023-cü ilin 9 ayındazavodda 83 milyon manata yaxın məhsul istehsal edilmişdirsə, builin 9 ayında 27%-dən çox, yəni 105,5 milyon manatlıq məhsulistehsal olunub.
Məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə cari ilin9 ayında ixrac təqribən 26% artıb. Zavodda istehsal edilənməhsullar “Made in Azerbaijan” brendi adı altında dünyanın 40-dançox ölkəsinə ixrac edilib.
İnvestisiya dəyəri 15 milyon ABŞ dolları olan müəssisədə hazırda178 nəfərlik daimi iş yeri yaradılıb.
Qeyd edək ki, “ALCO” MMC Sumqayıt Kimya Sənaye Parkınınərazisində sürtkü yağları və mayelərin, kimyəvi qatqılarınistehsalı ilə məşğul olur.