EN

Putinin avstraliyalı “rəfiqəsi”nə Rusiyada iş tapıldı

Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl Yesenin adına Ryazan Dövlət Universitetində işə düzəlib.

Ölkə.az Lent.az-a istinadla bildirir ki, bu barədə rektor vəzifəsini icra edən Dmitri Bokov “Telegram” kanalında məlumat verib. O, Knayslın bu universitetdə dərs deyəcəyini yazıb, lakin təfərrüatları açıqlamayıb:

“Bu gün avstriyalı dövlət xadimi, jurnalist və siyasətçi, Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl universitetimizi ziyarət etdi, S.A.Yesenin adına Rusiya Dövlət Universitetinə səfəri çərçivəsində biz razılaşdıq: Karin Knaysl bizdə dərs deyəcək”.

Bildiyiniz kimi, Knaysl Kremlin rəhbəri Putinlə sıx əlaqələrə malikdir, 2018-ci ilin avqust ayında onun toyunda iştirak edib.

Ukraynada genişmiqyaslı müharibə başlayandan sonra o, Rusiyaya gələrək bəzi siyasətçiləri qəzəbləndirib. Tezliklə onun Ryazan vilayətinin Petruşovo kəndinə köçdüyü məlum olub.

Keçən ilin payızında Knaysl Sankt-Peterburqa köçdüyünü elan edib. Orada G.O.R.K.I mərkəzinin fəaliyyəti ilə məşğul olmağı planlaşdırırdı (Rusiyanın Əsas Problemləri üzrə Geosiyasi Rəsədxana).

Chosen
4
1
olke.az

2Sources