EN

Hər cür ayrı-seçkiliklə qlobal səviyyədə mübarizə aparmağa davam edəcəyik - Türkiyə XİN

Bakı. Trend:

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Birləşmiş MillətlərTəşkilatının Sivilizasiyalar Alyansının (UNAOC) noyabrın 25-27-siPortuqaliyanın Kaşkayş şəhərində keçirilən X Qlobal Forumu iləbağlı bəyanat yayıb.

Trend-inməlumatına görə, mətndə Türkiyənin 2005-ci ildən başlayaraqUNAOC-ın təşkilatçılarından olduğu və builki toplantıda XİN başçısıHakan Fidanın iştirak etdiyi deyilir.

Bəyanatda bildirilib ki, forumun yekununda qəbul edilən KaşkayşBəyannaməsində fərqli mədəniyyətlər arasındakı dialoq və əlaqəninsülh içində birgə yaşamağa verdiyi töhfə vurğulanıb, irqçilik,ksenofobiya kimi hər cür ayrı-seçkiliklə mübarizəni davametdirməklə bağlı qərarı qəbul olunub.

Bəyannamədə zorakılıq həddinə çatan ayrı-seçkiliyin heç bir din,milliyyət, mədəniyyət və ya etnik qrupla əlaqələndirilməsinin qəbuledilməyəcəyi vurğulanıb.

Mətndə Türkiyənin başda islamofobiya olmaqla hər cürayrı-seçkiliklə qlobal səviyyədə mübarizə aparmağa vəSivilizasiyalar Alyansını dəstəkləməyə davam edəcəyi qeydolunub.

Məqalədə:
Chosen
7
2
az.trend.az

3Sources