EN

Filippin və Yeni Zelandiya sahillərində güclü zəlzələlər olub

Filippin və Yeni Zelandiyanın sahillərində güclü zəlzələlər qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Mərkəzin verilənlərinə görə, 5,7 maqnitudalı zəlzələ Filippinin Luson adasında qeydə alınıb. Yeraltı təkanların episentri 320 min nəfərin yaşadığı Kabanatuan şəhərindən 20 km cənub-qərbdə olub. Təbiət hadisəsinin ocağı 182 km dərinlikdə yerləşib.

Cəmi beş dəqiqə sonra 5,8 maqnitudalı zəlzələ Yeni Zelandiyanın Hiks-Bey (əhali: 1,3 min) şəhərindən 123 km şərqdə qeydə alınıb. Yeraltı təkanların ocağı 19 km dərinlikdə olub.

Hər iki halda zərərçəkmişlər və dağıntı barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan olunmayıb.
Chosen
1
1
sherg.az

3Sources