EN

Bakının Afinaya cavabı: Şimali Kipri tanıya bilərik? - Ekspert

Yunanıstanın Ermənistana S-300, Tor-M1 və Osa-AK hava hücumundan müdafiə sistemlərini təhvil verməklə bağlı qərarı ilk belə hal deyil. Ermənistan son vaxtlar bir çox ölkədən müxtəlif növ silahlar alır və ordusunu gücləndirmək üçün var gücü ilə çalışır. Bundan sonra da silahlanacaq. Bir çox ölkə ilə hərbi-texniki əməkdaşlıq sənədi imzalayıb. Biz bu məsələlərdə yalnız bəyanat verə bilərik.

Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Yunanıstanın Ermənistana hərbi komplekslər vermək istəyi barədə məlumatı şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan cavab olaraq öz Silahlı Qüvvələrini daha da gücləndirməklə məşğul olacaq:

“Siyasi-diplomatik cavaba gəlincə isə, “Azərbaycan Şimali Kipri tanıya bilərmi” məsələsi ortaya çıxır. Hadisələrin inkişafı ilə bu məsələnin də gündəmə gəlmə ehtimalı var. Lakin indiki məqamda düşünmürəm ki, Azərbaycan belə bir addım atsın. İndi bizim daha vacib işlərimiz var. Qarabağda bərpa-quruculuq və digər məsələlər bizi gözləyir. Düşünürəm ki, biz Ordumuzu gücləndirməliyik və 2025-ci il dövlət büdcəsi göstərir ki, dövlətimiz elə bu yöndə də addımlar atır”.

Chosen
31
1
axar.az

2Sources