EN

Bakıda tikinti şirkəti yataqxana sakinləri binada ola-ola söküntü işləri aparır – ŞİKAYƏT + VİDEO

Bakıda yataqxana sakinləri ilə söküntü işləri aparan tikinti şirkəti arasında problem yaşanır.

Bu barədə “Xəzər Xəbər”in qaynar xəttinə məlumat verilib.

Sakinlərin bir qisminə də ev həmin kombinatda işlədiklərinə görə verilib. Bir qrup sakin isə keçmiş məcburi köçkünlərdir. Paytaxtın Fətəli xan Xoyski küçəsinin bu sakinləri öz  evlərindən çıxarılmağa məcbur edilir.

Bu mənzil Gülsarə Hümbətovaya əvvəllər işlədiyi toxuculuq kombinatından verilib. O bu bir otaqda övlad böyüdüb, ailə saxlayıb.

Söküntü  işlərinin aparılmasından narazı olan digər  sakin isə Nübar Nəsirovadır.

Məsələ ilə bağlı “Golden Residence”MMC-dən “Xəzər Xəbər”ə bildirildi ki, həmin binadakı əmlak sahibləri ilə müqavilələr bağlanıb, böyük bir qismi köçürülüb. Qalan 20 ailədən isə 14-ü Qaçqın və Məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin vasitəsi ilə başqa yerlərə köçürülüb. Hal-hazırda binada 6 ailə yaşayır ki, onların da iddiaları əsassızdır.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən isə bildirildi ki, sözügedən yataqxananın qəzalı vəziyyətdə olması səbəbindən 12 ailə bir müddət əvvəl Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fonduna məxsus mənzillərə köçürülüb. Hazırda yataqxanada qalan 3 ailəyə mənzillər təklif edilib. Həmin mənzillərə köçməyə razılıq verdikləri halda, onların köçürülməsi Dövlət Komitəsi tərəfindən təmin ediləcəkdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.


Chosen
32
2
news24.az

3Sources