EN

Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcək

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) dekabrın 1-də Bakı və Naxçıvanşəhərlərində doktorantura, dissertantura və adyunkturada təhsilalan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər üzrəfəlsəfə doktoru imtahanı keçirəcək.

Trend xəbərverir ki, bu barədə DİM məlumat yayıb.

İmtahanda 207 nəfərin iştirakı nəzərdə tutulur. İmtahan saat11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələniştirakçılar imtahan binasına buraxılmır.

İddiaçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əsli;

- “İmtahana buraxılış vərəqəsi".

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlməklazımdır.

İmtahanın müddәti 2 saat 30 dәqiqәdir. İmtahan müddәtinin ilk 1saat 30 dәqiqәsi test tapşırıqlarının cavablandırılmasına, son 1saatı isә yazılı tapşırıqların yerinә yetirilmәsinә (esse və vizualmәlumatın yazılı tәsviri üçün) ayrılır.

İmtahanın keçirilməsi üçün ümumilikdə 2 imtahan binası, 3imtahan rəhbəri, 2 ümumi imtahan rəhbəri, 19 nəzarətçi, 3 buraxılışrejimi əməkdaşı (mühafizə) ayrılıb.

Qeyd 1. Dekabrın 1-də keçirilən imtahan dinləyib-anlama,oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) vəyazı bloklarından ibarət olacaq. Bu imtahanda iştirak etməyəniddiaçılar danışıq bloku üzrə imtahana buraxılmırlar. Danışıq blokuüzrə imtahan dekabrın 4-də keçiriləcək. Danışıq bloku üzrəimtahanda iştirak etməyən iddiaçılar ilk 4 blok üzrə 30 bal və dahayüksək nəticə göstərsələr belə, şəhadətnamə ilə təminolunmayacaqlar.

Qeyd 2. Həm xarici dil üzrə fəlsəfə doktoru imtahanlarında, həmdə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan diliüzrə fəlsəfə doktoru imtahanında namizədlərin və iddiaçıların hərbir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhvcavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Yazı vədanışıq bloku üzrə tapşırıqlar 10 ballıq şkala üzrəqiymətləndirilir. Beləliklə, imtahanda toplanıla biləcək maksimalbal 50-yə bərabərdir. Dinləyib-anlama, oxuyub-anlama, dildənistifadə (leksik-qrammatik tapşırıqlar), yazı və danışıq bloklarıüzrə balların minimum 20 faizini, ümumilikdə isə xarici dil üzrəfəlsəfə doktoru imtahanından azı 30 bal toplamış iddiaçılar vəəcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanındanazı 25 bal toplamış iddiaçılar imtahanın nəticəsinə qoyulan tələbiödəmiş hesab edilirlər.

Qeyd 3. Əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycandili üzrə fəlsəfə doktoru və danışıq bloku imtahanı dekabrın 2-dəkeçiriləcək.

Chosen
44
23
az.trend.az

10Sources