EN

Pakistanda əşirətlər arasında döyüş genişlənir - Tərəflər meyitləri dəyişməkdən imtina ediblər

Pakistanın şimal-qərbində radikal sünni və şiə məzhəbinin daşıyıcıları olan əşirətlər arasında bir həftədir döyüş gedir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Xeyber-Paxtunxva əyalətinin mərkəzi Pişəvərdən 218 kilometr aralıda yerləşən Kurram bölgəsində başlayan döyüşlərdə artıq ölənlərin sayı 102 nəfəri ötüb.

Məlumata görə, rəsmi mənbələr yaralı sayının 140 olduğunu elan etsə də, əslində, onların sayı bundan dəfələlərə çoxdur: "Artıq hökumət qüvvələrinin Əfqanıstanla sərhəd bölgədə davam edən bu savaşı dayandıra bilmədiyi fakta çevrilib. Hərçənd, hakimiyyət mənsubları 6 gündür əşirət liderləri ilə davamlı danışıqlar aparır. Lakin şiələr onlara qarşı qəfil və amansız hücum olunduğunu əsas gətirib, çoxsaylı insanları öldürən qarşı tərəfi bağışlamaq istəmir".

Firudin Səfərli
MİA.AZ

Chosen
0
2
mia.az

3Sources