EN

Almaniya kəşfiyyatının rəhbəri: Rusiya Qərblə müharibəyə hazırlaşır

Rusiya Qərb ölkələri ilə əsl hərbi qarşıdurmaya hazırlaşmağa davam edir, lakin bundan əvvəl Şimali Atlantika Alyansının (NATO) üzvləri arasında parçalanma yaratmağa cəhd edə bilər.

Herbiand.az xəbər verir ki, bu fikirləri Almaniya Xarici Siyasət Cəmiyyətinin təşkil etdiyi tədbirdə Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri Bruno Kahl deyib.

Kahl bildirib ki, Rusiyanın tammiqyaslı hücumundan əvvəl NATO nizamnaməsinin gücünü yoxlamaq üçün nəzərdə tutulmuş yerli əməliyyatlar keçiriləcək.

Məsələ ondadır ki, Moskva müdafiə alyansının nizamnaməsinin 5-ci maddəsində təsbit olunmuş NATO üzvlərinə birbaşa hərbi yardım göstərmək öhdəliklərini pozmağa çalışacaq. Yüksək rütbəli rusiyalı məmurlar NATO ölkələrindən biri üçün alyansın digər üzvlərinin “müvafiq reaksiya verməyəcəyi” “fövqəladə vəziyyət” yaratmağı düşünürlər”, – Kahl izah edib.

Nümunə olaraq, BND rəhbəri “ərazilərin təmizlənməsi” məqsədilə Norveçin Svalbard arxipelaqına mümkün “qısamüddətli hücumu” göstərib. Rusiyanın Svalbardda xüsusi hüquqları var, lakin eyni zamanda, Oslonun arxipelaqdakı əcnəbilərə münasibətdə siyasəti son illərdə daha sərtləşib.

Rusiya Federasiyasının yerli müdaxiləsinin başqa bir ehtimalı, Bruno Kala görə, yerli rusdilli azlıqları qorumaq bəhanəsi ilə Baltikyanı ölkələrlə münaqişədir. BND rəhbəri hesab edir ki, NATO Nizamnaməsinin 5-ci maddəsi bu cür münaqişələrdə istifadə olunmasa, NATO müdafiə ittifaqı kimi uğursuzluğa düçar olacaq - bu, Rusiya Federasiyasının qarşısına qoyduğu məqsəddir.

“Yardım vədi səmərəsiz olarsa, Rusiya təcavüzkar güc siyasəti ilə Avropada təsirini genişləndirə bilər”, deyə o xəbərdarlıq edib.

Chosen
0
3
herbiand.az

4Sources