EN

Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Vergilər Nazirliyinin (indiki İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti - red.) 11 saylı Ərazi Vergilər Departamentinin 1 515 139 manat mülki iddia qaldırdığı sahibkar Yaqub Raquf oğlu Hidayətova bəraət verilib.
"Report"un əldə etdiyi məlumata görə, Gəncə Apellyasiya Məhkəməsində hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə onun əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilib və təqsirsiz elan edilib.
Eləcə də, Yaqub Hidayətovun barəsində olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunaraq vergi orqanının ona qarşı qaldırdığı mülki iddiası da baxılmamış saxlanılıb.
Ona qarşı irəli sürülmüş ittihamda bildirilib ki, təqsirləndirilən şəxs meyvə-tərəvəz məhsullarının tədarükü və ixrac edilməsi fəaliyyəti ilə məşğul olarkən vergi orqanına bəyannamə təqdim etməyib və ümumilikdə 1 515 139 manat məbləğində gəlir vergisini dövlət büdcəsinə ödəməkdən yayınıb.
Bərdə Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il hökmü ilə o, Cinayət Məcəlləsinin 213.1 (Xeyli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddəsi ilə təqsirli bilinib.
Hökmə əsasən, qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla iki il müddətinə islah işləri cəzasına məhkum edilib və barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib. Eləcə də vergi orqanının onun barəsində olan mülki iddiası qismən təmin edilib. Belə ki, Yaqub Hidayətovdan 102 053 manat tutulub dövlət büdcəsinə ödənilməsi qərara alınıb.
Hökmdən narazı qalan tərəflər apellyasiya şikayəti və protesti versələr də, Gəncə Apellyasiya Məhkəməsi həm şikayəti, həm də protesti təmin etməyib.
Daha sonra apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə müraciət edilib. Ali Məhkəmənin qərarına əsasən, cinayət işi apellyasiya instansiyası məhkəməsinə qaytarılıb.
Chosen
143
24
oxu.az

10Sources