EN

Məşhur komediya 35 gündə tamaşaçı sayını 4 dəfə artırdı

Yazını böyüt
Yazını kiçilt

Nielsen və Disney məlumatlarının birləşməsinə görə, “Abbott Elementary”nin 4-cü mövsümünün premyerası ABC, Hulu və Disney+ kanallarında ilk 35 gündə təxminən 9 milyon tamaşaçıya çatıb.

Hafta.az-ın “Variety”a istinadən yazdığına görə, bu rəqəm 4-cü mövsümün ilk epizodunun yayımlandığı gecə çatdığı 2,1 milyon orta tamaşaçı ilə müqayisədə 321 faiz artım deməkdir.

Mayın 22-də yayımlanan 3-cü mövsümün finalı ilə müqayisədə 4-cü mövsümün premyerasında tamaşaçıların sayı 11 faiz artıb.

Quinta Brunson həmçinin özünün yaratdığı “Abbott Elementary” filmində də rol alır.

Komediya seriyası Filadelfiyada maliyyələşdirilməmiş ibtidai məktəbdə hər şeyi düzəltməyə çalışan bir qrup fədakar müəllimdən bəhs edir. Etdikləri işin həvəskarı olan müəllimlər, qarşılaşdıqları bütün çətinliklərə baxmayaraq, şagirdlərinin uğur qazanması üçün əllərindən gələni edirlər.

Serialda 34 yaşlı Bronsonla yanaşı, Tayler Ceyms Uilyams, Canel Ceyms, Liza Ann Valter və Kris Perfetti kimi adlar da var.

Televiziya dünyasının nüfuzlu mükafatı Emmi-yə 24 dəfə namizəd olan “Abbott Elementary” onlardan 4-nü qazanmağı bacarıb.

7 dekabr 2021-ci ildə premyerası olan sitkom nəinki tənqidçilərin rəğbətini qazanıb, həm də tamaşaçıların diqqətini çəkdi və yüksək izlənmə rəqəmlərinə çatıb. Üçüncü sezonun premyerasından cəmi üç gün sonra dördüncü mövsümü təsdiqlənən serial, həmçinin üç Qızıl Qlobus mükafatına sahibdir.

Chosen
27
hafta.az

1Sources