EN

Fransızların anti-türk təbliğatı mənəvi cinayətdir

Fransanın ARTE kanalında “Azərbaycanlılar və türklər iki qardaş xalqlardır və eyni vəhşilikləri törətməyə qadirdirlər” kimi Azərbaycana qarşı böhtan və iftiralarla dolu sənədli film yayımlanıb. Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda deyilir.

“Qeyd edilən sənədli film XXI əsrdə irqçiliyin, Azərbaycana qarşı nifrətin Fransa cəmiyyətinin bütün sahələrinə yayılmasının daha bir nümunəsidir. Fransanın özünü diplomat adlandıran Ermənistandakı səfirinin zaman-zaman Azərbaycanı hədəf alan cılız, ölkəsini hörmətdən salan, Ermənistan cəmiyyətinin radikal hissəsini “cuşa gətirən” açıqlamaları isə irqçilikdən əlavə, həm də rəsmi Parisin siyasi isteblişmentində gedən güclü deqradasiyanı göstərir, – deyə sənəddə vurğulanır”.

XQ

Chosen
7
xalqqazeti.az

1Sources