EN

Rusiya NATO-nu parçalamaq üçün bu ölkəyə hücum edəcək

Rusiya Qərb ölkələri ilə real hərbi qarşıdurmaya hazırlaşmaqda davam edir, lakin buna qədər NATO üzvləri arasında parçalanma yaratmağa cəhd edə bilər.

Axar.az xəbər verir ki, bunu Almaniya Federal Kəşfiyyat Xidmətinin rəhbəri Bruno Kal deyib.

O bildirib ki, Rusiyanın tammiqyaslı hücumundan əvvəl NATO nizamnaməsinin gücünü yoxlamaq üçün nəzərdə tutulmuş yerli əməliyyatlar keçiriləcək:

“Moskva NATO Nizamnaməsinin 5-ci maddəsində təsbit olunmuş NATO üzvlərinə birbaşa hərbi yardım göstərmək öhdəliklərini pozmağa çalışacaq. Yüksək rütbəli Rusiya rəsmiləri NATO ölkələrindən biri üçün alyansın digər üzvlərinin müvafiq reaksiya göstərməsinə mane olacaq fövqəladə vəziyyətin necə yaradılacağını düşünür”.

Nümunə olaraq, Kal ərazilərin təmizlənməsi məqsədilə Norveçin Şpitsbergen arxipelaqına mümkün qısamüddətli hücumu göstərib:

“Rusiyanın yerli müdaxiləsinin başqa bir ehtimalı yerli rusdilli azlıqları qorumaq bəhanəsi ilə Baltikyanı ölkələrlə münaqişədir. Belə münaqişələrdə NATO Nizamnaməsinin 5-ci maddəsi tətbiq olunmasa, NATO müdafiə ittifaqı kimi uğursuzluğa düçar olacaq, Rusiyanın qarşıya qoyduğu məqsəd budur. Yardım vədi səmərəsiz olsa, Rusiya aqressiv güc siyasəti ilə Avropada təsirini genişləndirə bilər”.

Almaniya kəşfiyyatının rəhbəri vurğulayıb ki, bu onilliyin sonuna qədər Rusiya Qərb ölkələri ilə birbaşa hərbi qarşıdurma üçün kifayət qədər resursa malik olacaq:

“Eyni zamanda, Kreml Almaniyadakı sağ və sol cinahların siyasi qüvvələrinə təsir edir, onlar Moskvadan gələnləri sadəlövhcəsinə təkrarlayırlar. Bu, təkcə Almaniyada sağ və solçu populistlərin 2024-cü ildə uğur qazandığı müxtəlif səviyyələrdə seçkilərə təsir etmir, həm də Almaniyanın siyasi mənzərəsindəki parçalanmanı dərinləşdirir”.

Chosen
112
15
axar.az

10Sources