Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçirdiyi tender müsabiqəsinə yekun vurulub.
Ölkə.az Valyuta.az-a istinadən xəbər verir ki, tender Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Tərtər rayonunda 16 ədəd ikiotaqlı, 4 ədəd üçotaqlı olmaqla cəmi 20 ədəd mənzilin satınalınması ilə bağlıdır. Tenderin qalibi fərdi sahibkar Məmmədov Mehman Rza oğlu olub.
Tərəflər arasında imzalanacaq satınalma müqaviləsinin dəyəri 1 milyon 204 min 640 manatdır.