EN

Qonaqlar “İçərişəhər” və “Qala” muzeylərində

Bakıda keçirilən BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) günlərində İçərişəhər və Qala Qoruğu qonaqların ən çox ziyarət etdiyi məkanlardan olub. Bu müddət ərzində İçərişəhər və Qala qoruqlarında fəaliyyət göstərən muzeylər, mədəniyyət ocaqları və turistik yerlər 12 mindən artıq yerli və xarici turist qəbul edib.

Muzeylərin xarici ölkələrdən olan ziyarətçiləri arasında Rusiya, Çin və Hindistan vətəndaşları əsas yer tutub. İçərişəhərin UNESCO-nun dünya əhəmiyyətli tarixi abidələr siyahısında olan Qız Qalası və Şirvanşahlar Sarayı, o cümlədən Sıratağlı Dini-Memarlıq Kompleksi, Bəylər məscidi və Yeraltı hamam turistlər tərəfindən ən çox ziyarət edilən yerlərdən olub.

Qala Qoruğunda isə qonaqlar yalnız Abşeronun qədim tarixi və memarlıq abidələri ilə tanış olmaqla kifayətlənməyib, burada fəaliyyət göstərən “Tullantıdan Sənətə” muzeyi və Qurama sərgisinə də maraq göstəriblər.

Fidan SALMANOVA
XQ

Chosen
16
14
xalqqazeti.az

10Sources