EN

Mario Götze: “Bayern”ə keçəndə hamı məni satqın adlandırırdı”

“Ayntraxt”ın hücumameyilli yarımmüdafiəçisi Mario Götze Dortmund “Borussiya”sından “Bayern”ə keçidi ilə bağlı xatirəsini paylaşıb.

Arena.az alman futbolçunun müvafiq xatirəsini təqdim edir:

“18 yaşım olanda doğma klubum Dortmund “Borussiya”sı ilə Bundesliqanı qazanmışdım və hamı məni sevirdi. İki ildən sonra daha da böyük klub olan “Bayern”ə keçdim. Onda hamı mənə nifrət edirdi. Məni satqın adlandırdılar”, deyə 32 yaşlı Götze xatırlayıb.

Xatırladaq ki, Mario Götze 2022-ci ilin iyul ayından “Ayntraxt”da çıxış edir. O, cari mövsümdə Frankfurt klubunun heyətində 13 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə ilə fərqlənib. Marionun “Ayntraxt”ın heyətindəki ümumi statistikası isə belədir: 100 oyun, 9 qol və 14 məhsuldar ötürmə.

Mario Götzenin Frankfurt təmsilçisi ilə 2026-cı il iyunun 30-na qədər nəzərdə tutulmuş müqaviləsi varş

Götze daha öncə “Borussiya” (Dortmund), “Bayern” və PSV kimi klubların da formasını geyinib. O, Almaniya milli komandasında da 66 oyuna çıxıb, 17 qola imza atıb.

“Transfermarkt” internet-portalı 32 yaşlı futbolçunu 5,5 milyon avro məbləğində qiymətləndirir.

Chosen
20
arena.az

1Sources