EN

Bölgə klubunda şok ayrılığın əsl səbəbi – Manipulyasiya şübhəsi

Dünən “Şamaxı” klubu futbolçusu İlkin Muradovla yollarını ayırdığını açıqlayıb. Gözlənilməz qərarın pərdəarxasında müəyyən məqamlar var.

Belə ki, Muradov intizamsız davranışları – daha dəqiq desək, komanda yoldaşları ilə mübahisədə söyüş söyməsi ona qarşı fikirləri dəyişib. Amma onun komandadan göndərilməsinə əsl səbəb bunlar olmayıb.

Futbolçunun Premyer Liqanın son turunda “Sumqayıt” görüşündə (1:2) penaltiyə səbəb olması rəhbərliyi ciddi narahat edib. Oyunçuya qarşı şübhələri olan rəhbərlik onunla bağlı tədbir görülməsinə qərar verib.

Əvvəlcə İlkin Muradov əvəzedici heyətə göndərilib. Ancaq futbolçu bununla razılaşmayıb. Bunun ardından isə onunla yolların ayrılmasına qərar verilib. Muradovun qalan bir aylıq maaşı verilərək yola salınıb.

İdmanxeber.az

Chosen
11
idmanxeber.az

1Sources