EN

Polis tanışına qarşı külli miqdarda dələduzluq edən şəxsi saxlayıb - FOTO - VİDEO

Quba polisi tanışına qarşı külli miqdarda dələduzluq edən şəxsi saxlayıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a bildirildiyinə görə Quba Rayon Polis Şöbəsinin əməkdaşları daxil olan müraciət əsasında Tərtər rayonunda qeydiyyatda olmaqla Bakı şəhərində müvəqqəti kirayədə yaşayan Rövşən Baxşalıyevi saxlayıblar.

O, tanışı Rəsul Məmmədovun (ad soyad şərti) etibarından sui istifadə edərək ona Bakı şəhərində ev verəcəyi adı ilə ümumilikdə 132 min manat pulunu mənimsəyib.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə R.Baxşalıyevin barəsində həbs qətimkan tədbiri seçilib.

Chosen
29
16
avtosfer.az

10Sources