EN

Dövlət qulluğunda yeni qiymətləndirmə alətləri

Dövlət qulluğunda beynəlxalq təcrübəyə əsaslanan səriştə (kompetensiya) modelinin tətbiq olunması ilə bağlı hazırlıq işləri davam edir.Dövlət İmtahan Mərkəzindən TehsilForumu.Az-a verilən məlumata əsasən, ümumi səriştələrin qiymətləndirilməsi üçün yeni alət – situasiya mühakimə testləri üzrə tapşırıqların keyfiyyət parametrlərinə uyğunluğunu araşdırmaq üçün növbəti sınaq təşkil edilib. Sınaq prosesinə müxtəlif dövlət orqanlarında işləyən dövlət qulluqçuları cəlb olunub.Dekabr ayında sınaqların davam etdirilməsi planlaşdırılır.Qeyd edək ki, səriştə modeli dövlət qulluğuna qəbul, habelə dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi zamanı namizədlərin komandada işləmək, effektiv kommunikasiya qurmaq, vəzifə öhdəliklərini icra edərkən öz üzərinə məsuliyyət götürmək, nəticələr əldə etmək və digər səriştələri əsas meyarlardan biri kimi nəzərdə tutur və bu istiqamətdə sistemli yanaşma təklif edir.

Chosen
49
3
tehsilforumu.az

5Sources