EN

ABŞ Ukraynaya 725 milyonluq yardım paketi hazırlayır

ABŞ Prezidenti Co Baydenin administrasiyası Ukraynaya 725 milyon dollar dəyərində hərbi yardım paketi hazırlayır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, yeni paketə ABŞ anbarından müxtəlif tank əleyhinə silahlar, minalar, dronlar, hava hücumundan müdafiə sistemləri üçün mərmilər və HIMARS MLRS üçün döyüş sursatları daxil olacaq.

Qeyd edək ki, ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp seçki kampaniyası zamanı Kiyevə hərbi yardımın göstərilməsi şərtlərini tənqid edib.

Chosen
17
26
qafqazinfo.az

10Sources