EN

Livanda prezident seçkiləri keçiriləcək

Livanın Parlamenti respublikanın yeni prezidentini seçmək üçün yanvarın 9-da iclas keçirəcək.

APA Livan mediasına istinadən xəbər verir ki, Parlamentin sədri Nəbih Berri yanvarın 9-da prezidenti seçmək üçün parlamentin iclasını keçirəcək.

Qeyd edək ki,Livanın müvəqqəti Baş naziri, Nəcib Mikati bildirmişdi ki, ölkədə prezident seçkisi yalnız İsrail ilə “Hizbullah” arasında atəşkəs razılaşmasından sonra keçiriləcək.

Chosen
22
6
apa.az

7Sources