EN

Eyyub Kərimli: “QHT-lərə ayrılan maliyyənin artırılması vətəndaş cəmiyyətinin güclənməsinə xidmət edir”

İqtisadçı və İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli QHT.az-a açıqlamasında QHT-lərə ayrılan maliyyənin artırılmasının əhəmiyyətini vurğulayıb.  

“QHT-lərə ayrılan vəsaitin artması bu sektorun inkişafına, ictimai nəzarətin güclənməsinə və cəmiyyət üçün daha faydalı layihələrin həyata keçirilməsinə şərait yaradır. Hazırda ölkəmizdə 4 mindən çox ictimai birlik fəaliyyət göstərir və onların bir çoxu QHT Agentliyi vasitəsilə maliyyələşdirilir. Əvvəlki illərə nisbətən maliyyə məbləği artıb və artıq iri qrant layihələri dəstəklənir,” – deyə QHT sədri bildirib.  

Ekspertin sözlərinə görə, QHT-lərin cəmiyyətin maarifləndirilməsi və problemlərin həlli istiqamətində rolu böyükdür. “QHT-lər həm dövlət qurumlarından, həm də Agentlikdən dəstək alır. Bu dəstəyin daha da genişləndirilməsi ölkədə vətəndaş cəmiyyətinin güclənməsi üçün mühüm addım ola bilər,” – deyə o əlavə edib.

 

Pərvanə Fərhadqızı

Chosen
23
qht.az

1Sources