EN

Məşhur müğənninin nəvələrində xəstəlik aşkarlandı

Məşhur müğənninin nəvələrində xəstəlik aşkarlandıTürkiyəli müğənni İbrahim Tatlısəsin Derya Tunadan olan oğlu İdo Tatlısəslə xoşbəxt ailə quran Yasemin Şefkatlı 22 yanvar 2024-cü ildə iki oğlunu dünyaya gətirib.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, məşhur cütlük əkizlərdən birinə İbrahim Ayel, digərinə isə Sinan Emir adını verib. Artıq bütün vaxtını əkizlərinə həsr edən Yasemin körpələrinin xəstəliyini ilk dəfə instaqram hesabında açıqlayıb.

Şefkatlı açıqlamasında "Həmişə uşaqların gözləri niyə yaşlıdı?" deyə soruşursunuz, "Uşaqlarda gözyaşı kanalının tıxanması problemi var. Emirin də bir gözündə var, inşallah keçər" sözlərini deyib.

Chosen
17
sonxeber.az

1Sources