EN

Zubir Fransa mətbuatına danışdı: "Qarabağ"ın müharibə səbəbindən Bakıya köçdüyünü bilirik"

“Qarabağ”ın cinah yarımmüdafiəçisi Abdullah Zubir Avropa Liqasının əsas mərhələsinin 5-ci turunda “Lion”a qarşı keçirəcəkləri oyun ərəfəsində Fransa mətbuatına danışıb.

Sportal.az xəbər verir ki, “L'Equipe” nəşrinə açıqlama verən təcrübəli futbolçu Ağdam klubundakı karyerasından və Azərbaycanla bağlı təəssüratlarını bölüşüb: 

"Azərbaycanda insanlar futbolu sevirlər. Çoxları məni küçədə tanıyaraq saxlayır. Mən heç bir gərginlik hiss etmirəm, heç bir yersiz şərh eşitməmişəm. Mən sahildə yaşayıram, orada bütün restoranlar Fransadakı kimidir, həyat yaxşıdır. Burada həyat dincdir və təhlükəsizlik baxımından əladır. Əlavə ediləcək bir şey yoxdur. “Qarabağ”a gələndə xüsusi klubla müqavilə imzalayırsan. “Qarabağ”a gələndə məşqçi bizə bu komandanın tarixini izah edir. Müharibə səbəbindən klubun Bakıya köçdüyünü bilirik.

"Qarabağ" iddialı klubdur və ardıcıl 11-ci mövsümdür ki, avrokuboklarda oynayırlar. Bu, həyəcanvericidir. “Arsenal”, “Bayer”(Leverkuzen), “Tottenhem”, “Vilyarreal”a qarşı oynamışam. Amma heç vaxt Çempionlar Liqasında iştirak etməmişəm. İki dəfə pley-offda uduzaraq turnirdən uzaq qaldıq. Çempionlar Liqası hissini “Qarabağ”la da yaşamaq istərdim".

saytlarin hazirlanmasi

Chosen
28
1
sportal.az

2Sources