EN

Ukrayna böhranı ilə bağlı danışıqlar ancaq Putinin təklifi əsasında aparıla bilər - Rusiya XİN

“ABŞ və Qərb Rusiya prezidenti Vladimir Putinin sülh təklifinə alternativin olmadığını qəbul etsələr, Ukrayna böhranının danışıqlar yolu ilə həllini tapmaq mümkündür”.

Misisya.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

“Əgər onlar öz aldadıcılıqlarında davam etsələr, yardım və silah-sursat verməklə vəziyyəti gərginləşdirsələr, Kiyevi yeni təxribatlara və cinayətkar əməllərə sövq etsələr, o zaman, təbii ki, danışıqlar üçün heç bir əsas olmayacaq. İndi isə seçim onlarındır. Ya Putinin təklifini qəbul etmək, ya da onlar üçün vəziyyətin daha da pisləşməsi perspektivi ilə olduğu yerdə qalmaq”, - deyə siyasətçi vurğulayıb.

Qeyd edək ki, daha əvvəl “Washington Post” mənbələrə istinadən bildirmişdi ki, bir sıra ABŞ rəsmiləri etiraf edir ki, bir neçə ay ərzində Ukrayna münaqişəni dayandırmaq və ərazi güzəştlərinə getmək üçün Rusiya ilə danışıqlara sövq edilə bilər.

 

 

Daşqın HəsənovMissiya.Az

Chosen
34
missiya.az

1Sources