EN

Livanda prezident seçkiləri üçün önəmli çağırış

Bakı, TurkicWorld

Livan parlamentinin sədri, Nəbih Bərri yanvarın 9-na respublika prezidentini seçmək üçün iclas keçirməyi təklif edib.

TurkicWorld ArabAz-a istinadən xəbər verir ki, bu haqda Livanın Milli Xəbər Agentliyi məlumat verib.

“Mən özümə söz vermişdim ki, atəşkəsdən dərhal sonra respublika prezidentini seçmək üçün sessiyanın tarixini təyin edəcəyəm”-deyə Bərri bildirib.

O qeyd edib ki, Livanın keçmiş prezidenti, general Mişel Aunun səlahiyyət müddəti oktyabrın 31-də başa çatıb.

Chosen
28
turkic.world

1Sources