EN

Türk İnvestisiya Fondu (TİF) Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafını dəstəkləyəcək

Bakı. Trend:

Türk İnvestisiya Fondu (TİF) Transxəzər Beynəlxalq NəqliyyatMarşrutunun (Orta Dəhliz) inkişafını dəstəkləməyi planlaşdırır.

Trend Fondun məlumatınaistinadən xəbər verir ki, bunu TIF prezidenti Bağdat Amreyev 27noyabr tarixində Türkmənistanın paytaxtı Aşqabadda keçirilənBMT-nin Dayanıqlı Nəqliyyat üzrə Dostlar Qrupunun NazirlərGörüşündə bildirib.

Tədbir Türkmənistan və Çinin həmsədrliyi altında təşkilolunub.

Görüş zamanı vurğulanıb ki, BMT-nin dayanıqlı nəqliyyat üzrəməqsədlərinə çatmaq üçün birgə səylər və strateji tərəfdaşlıqlarmühüm rol oynayır. Yolların təhlükəsizliyinin artırılması,nəqliyyat əlaqələrinin yaxşılaşdırılması, dayanıqlı nəqliyyathəllərinin inkişafı və innovativ yaşıl texnologiyaların tətbiqiəsas diqqət mərkəzində olub.

B.Amreyev çıxışında qeyd edib ki, nəqliyyat və gömrük sahəsindəəməkdaşlıq türk dövlətləri arasında əməkdaşlığın gündəliyində hərzaman mühüm yer tutur.

O xatırladıb ki, Bişkekdə keçirilmiş Türk Dövlətləri BaşçılarıSammiti mövcud çağırışların həlli və nəqliyyat və tranzit sahəsindəəməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

TIF prezidenti bildirib ki, TİF türk dövlətlərinin ilk birgəmaliyyə institutu olaraq, daxili ticarət və investisiyalarınmöhkəmləndirilməsi, iqtisadi artımın stimullaşdırılması vəinnovativ layihələrin təşviqi üçün yaradılıb. Nəqliyyat sektoruTİF-in əsas diqqət mərkəzindədir və Orta Dəhlizin inkişafı xüsusiprioritet olacaq.

O əlavə edib ki, TİF digər nəqliyyat təşəbbüslərini dədəstəkləyə bilər, məsələn, Ro-Ro və Ro-Pax tipli bərə daşımalarınıninkişafı, yükdaşıma imkanlarının artırılması, nəqliyyat sektorununrəqəmsallaşdırılması.

Chosen
69
7
az.trend.az

9Sources