EN

İranın hərbi müşaviri Suriyada öldürülüb

İranın Suriyadakı hərbi müşavirləri korpusunun komandiri, İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK, İran Silahlı Qüvvələrinin elit bölmələri) general-mayoru Kiyomars Pourhaşimi ölkənin şimalında törədilən terror aktı nəticəsində həlak olub. Bu barədə SNN telekanalı məlumat yayıb.

Onun məlumatına görə, iranlı hərbçi Hələb şəhəri ərazisində olub. SNN iddia edir ki, hücum edənlərin İsraillə əlaqələri olub.

Bundan əvvəl Suriya Silahlı Qüvvələrinin komandanlığı bildirmişdi ki, "Cəbhət ən-Nusra” ekstremist qruplaşmasının hücumu noyabrın 27-də Türkiyənin nəzarətində olan şimal deeskalasiya zonasında başlayıb.
 
Suriya hərbi komandanlığının göstərdiyi kimi, hücumda çoxlu sayda yaraqlı iştirak edir, cəbhənin bir neçə sektorunda hökumət qüvvələrinin mövqelərinə hücumlar edilir. 
 
Aytac 

www.anews.az
Chosen
15
1
anews.az

3Sources