EN

Seddülbahir qalası mükafata layiq görüldü

Çanaqqala şəhərində yerləşən Seddülbahir qalasının bərpası öz sahəsində dünyanın ən nüfuzlu mükafatlarından biri qəbul edilən "Dezeen" mükafatına layiq görülüb.

Qeyd edək ki, Seddülbahir qalası Çanaqqalada qədim müdafiə tikilisidir.

Qalanın bərpası Avstraliya, Çin, Malayziya, Belçika, İngiltərə və Şotlandiyanın 15 layihəsini üstələyib.

Bərpa dünyanın məşhur nəşrlərindən biri olan “Dezeen” jurnalının təşkil etdiyi müsabiqədə birinci seçilib.

Mükafat 90 nəfərlik münsiflər heyətinin qiymətləndirməsi nəticəsində Memarlıq Kateqoriyasında İrs Layihəsi şöbəsində təqdim edilib.

Müsabiqəyə müxtəlif kateqoriyalar üzrə 82 ölkədən 231 layihə qatılıb.

Seddülbahir qalası 1658-ci ildə Çanaqqalanın girişində tikilib.

3 noyabr 1914-cü ildə Çanaqqala döyüşlərinin başlanğıcında bombalanan qalada ilk şəhidlər verilib.

2015-ci ildə qalada bərpa layihəsinə başlanılıb.

Restavrasiyadan sonra Seddülbahir qalası Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə 18 mart 2023-cü ildə prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən ziyarətçilərin istifadəsinə verilib.

Qala layihəsi əvvəllər bir çox milli və beynəlxalq mükafatlara layiq görülüb.



Chosen
5
1
trt.net.tr

2Sources