EN

Sərnişinlərə ŞAD XƏBƏR: Bir neçə istiqamət üzrə şəhərlərarası avtobuslar yenilənir

 

Bakı-Bərdə, Bakı-Mingəçevir, Bakı-Tərtər, Bakı-Zaqatala və Bakı-"Sınıq Körpü" (Qazax sərhəd-keçid məntəqəsi) şəhərlərarası marşrut xətləri üzrə səfərlər dekabrın 1-dən "BakuBus" MMC-nin "Neoplan" markalı avtobusları ilə həyata keçiriləcək.

Sitat.info xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumata görə, avtobuslar Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düşəcək.

Qeyd edək ki, şəhərlərarası sərnişindaşıma xidməti göstərən avtobus parkının yenilənməsi, ictimai nəqliyyatın əlçatanlığının təmin olunması AYNA tərəfindən daim diqqətdə saxlanılır. Mütəmadi olaraq respublika üzrə avtobus parkının təhlili aparılır. Müntəzəm avtobus marşrutları mərhələli qaydada müsabiqəyə təqdim olunur. Müsabiqədə balanslarında müasir və daha yeni avtobusları olan daşıyıcılar qalib gələrək xətlərin istismarını həyata keçirirlər.

Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

 

Chosen
2
12
sitat.info

10Sources