EN

Ağdam Sənaye Parkının rezidenti Gürcüstana divar kağızları ixrac etməyə başlayıb

Ağdam Sənaye Parkının rezidenti Gürcüstana divar kağızları ixrac etməyə başlayıb.

Bu barədə “Report” İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinə (İZİA) istinadən xəbər verir.

Məlumata görə, Agentliyin idarəçiliyində olan Ağdam Sənaye Parkında ilk dəfə məhsul ixracına başlanılıb. Sənaye Parkının rezidenti “Mister Decor” MMC tərəfindən Gürcüstana divar kağızları ixrac edilib. Hazırda şirkət tərəfindən digər ölkələrə məhsul ixracı ilə bağlı danışıqlar aparılır.

Qeyd edək ki, Ağdam Sənaye Parkında ümumi investisiyalarının həcmi 260 milyon manat olan 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sahibkarlıq subyektləri tərəfindən Sənaye Parkında ümumilikdə, 2 300-ə yaxın iş yerinin yaradılması nəzərdə tutulur. Bu günədək Sənaye Parkında görülmüş işlərə sahibkarlar tərəfindən 92 milyon manatdan çox investisiya yatırılıb, 370-dən artıq daimi iş yeri yaradılıb. Hazırda Ağdam Sənaye Parkında 9 müəssisə fəaliyyət göstərir.

Chosen
58
47
sam.az

10Sources