EN

"Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi

Sumqayıtda nömrə biznesi adı ilə dələduzluq hadisəsi olub.

Lent.az-ın məlumatına görə, Sumqayıt şəhər sakini C. Nəsibov tanışı E. Allahyarovu bahalı nömrə biznesinə girişib qazanc əldə etmək adı ilə aldadıb.

Belə ki, o, Allahyarova Baş Dövlət Yol Polisi İdarəsində tanışları olduğunu və 6 ədəd “777” seriyalı “zerkalni” nömrələri ucuz qiymətə alacağını deyib. O, həmçinin dostunu inandırıb ki, ucuz qiymətə alacaqları həmin nömrələri sonradan baha qiymətə satacaqlar. Bu məqsədlə ondan ümumilikdə 7800 manat pul alıb. Lakin sonradan vədinə əməl etməyib.

Zərərçəkənin müraciəti əsasında C. Nəsibov barəsində araşdırmalara başlanılıb və Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq külli miqdarda törədildikdə) maddəsilə cinayət işi açılıb. Araşdırma zamanı məlum olub ki, təqsirləndirilən şəxsin adı çəkilən qurumda heç bir tanışı yoxdur və nömrə almaq iddiası da həqiqəti əks etdirmir.

Sumqayıt şəhər Məhkəməsi tərəfindən onun barəsində polisin nəzarəti altına vermə haqqında iltizam tədbiri seçilib. Məhkəmə istintaqı davam edir.

Chosen
220
3
hit.az

4Sources