EN

Lukaşenko yeni ölümcül silahlara nəzarət mexanizmi yaratmaq təşəbbüsü ilə çıxış edib

KTMT sammitində Belarus prezidenti Aleksandr Lukaşenko yeni ölümcül silah növlərinə nəzarətin hüquqi mexanizminin yaradılmasını təklif edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Belta agentliyi məlumat yayıb.

“KTMT gələcəkdə bu cür silahlara nəzarət rejimini təmin etməyə imkan verəcək ümumi hüquqi mexanizm yaratmaq səylərinin başında ola bilər və olmalıdır. Bu, indi edilməlidir”, – Belta Lukaşenkonun sözlərindən sitat gətirir.

Belarus lideri daha əvvəl demişdi ki, taktiki nüvə silahı Moskva və Minsk üçün çəkindirmə vasitəsidir.

Chosen
8
1
nocomment.az

2Sources