EN

Qəzzada əmin-amanlıq yaratmaq üçün hər şey edəcəyik - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Qəzzada əmin-amanlıq və sülhün bərqərar olması üçün əlindən gələni etməkdən çəkinməyəcəyini bildirib.

Olaylar xəbər verir ki, Ərdoğan Oman sultanı Heysəm bin Tariq bin Teymur Əl Səidlə Ankarada keçirdiyi mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, Baydenin açıqlaması gecikmiş olsa da, təqdirə layiq addımdır:

"Türkiyə Qəzzada əmin-amanlıq və sülhün bərqərar olması üçün əlindən gələni etməkdən çəkinməyəcək. ABŞ prezidenti Co Baydenin Qəzzada atəşkəs üçün yeni təşəbbüs irəli sürəcəyinə dair açıqlaması çox gecikib, lakin mühüm addımdlr".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
9
3
olaylar.az

4Sources