Demokrat.az Yeniavaz.com-a istinadıla xəbər verir ki, Gürcüstan Prezidenti Salome Zurabişvili də Tbilisidə parlament binası qarşısında nümayişçilərə qoşulub.
O, hakimiyyəti təkrar parlament seçkiləri keçirməyə çağırıb.
Zurabişvili daha sonra təhlükəsizlik qüvvələri ilə danışmaq istəyib, lakin heç kim onunla dialoqa girməyib.
Daha sonra parlament binası yaxınlığında nümayişçilərlə polis arasında toqquşmalar başlayıb. Polis etirazçılara qarşı su şırnaqlarından istifadə etməyə başlayıb. Etirazçılar dağılışmağa başlasa da, onların bir qismi geri qayıdıb. Xüsusi təyinatlılar su şırnaqlarından əlavə gözyaşardıcı qazlardan da istifadə ediblər.
Rustaveli prospektində etirazçılarla polis arasında qarşıdurma bütün gecə davam edib. Nümayişçilər zibil qutularını və taxta stulları yandırıblar.
Səhərə yaxın xüsusi təyinatlılar etirazçıları Rustaveli prospektindən tamamilə çıxarıb. Hadisə zamanı polis yenidən gözyaşardıcı qazlardan istifadə edib. Etirazçılar arasında bir neçə nəfər saxlanılıb.
10Sources
-
bizim.mediaTbilisidə VƏZİYYƏT GƏRGİNDİR: Polis etirazçılara qarşı su şırnaqlarından istifadə edir - VİDEO ( 13516333)
-
bizim.mediaTbilisidə VƏZİYYƏT GƏRGİNDİR: Polis su şırnaqlarına "əl atdı" - VİDEO ( 13516555)
-
qafqazinfo.azGürcülər bu gün də etiraz edir ( 13512175)
-
gundem.azTbilisidə keçirilən aksiyada 32 polis yaralandı - FOTOLAR ( 13502368)
-
milli.azTbilisidə keçirilən aksiyada 32 polis yaralandı - FOTOlar ( 13500349)
-
demokrat.azZurabişvili Tbilisidə etirazçılara qoşulub — Nə baş verir? (FOTOLAR) ( 13487839)
-
yeniavaz.comZurabişvili Tbilisidə etirazçılara qoşulub – Nə baş verir? ( 13485955)
-
yeniavaz.comZurabişvili Tbilisidə etirazçılara qoşulub – Nə baş verir? ( 13485949)
-
apa.azTbilisinin hər yerində etirazlar yatırılıb - FOTO - VİDEO - YENİLƏNİB 5 ( 13482928)
-
apa.azTbilisidə xüsusi təyinatlılar etirazçıları dağıtmağa başlayıb - FOTO - VİDEO - YENİLƏNİB4 ( 13482388)