EN

Dünya rekordlu əməliyyatla 225 ton kokain müsadirə olundu

Kolumbiyada 62 ölkənin iştirakı ilə həyata keçirilən altı həftəlik “Orion” əməliyyatı zamanı 225 ton kokain ələ keçirilib. Bu, narkotik əməliyyatı üzrə dünya rekordu hesab olunur. Əməliyyat çərçivəsində kokain yüklü 6 yarımdalma qayığı saxlanılıb, ümumilikdə 1400 ton narkotik, o cümlədən 1000 tondan çox marixuana müsadirə edilib.

QHT.az xəbər verir ki, BMT-nin hesablamalarına görə, dünyada illik kokain istehsalı 2700 tona çatır. Kolumbiyanın 2022-ci ildəki rekord müsadirəsi isə 671 ton olub. Hərbi Dəniz Qüvvələrinin rəsmisi Manuel Rodriges, əməliyyatın kartellərin 8,5 milyard dollar gəlirinin qarşısını aldığını və minlərlə insanın həddindən artıq dozadan ölümünün önünə keçdiyini bildirib. Əməliyyat zamanı 400-dən çox şəxs həbs edilib, qeyri-qanuni silah və miqrant alverinə də mane olunub.

 

R.İmanov 

Chosen
32
qht.az

1Sources