Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində vətəndaş mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər tərəfindən doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin qapısı müvafiq vasitələrlə açılıb və 1915-ci il təvəllüdlü Nübar Mayıl qızı Əhmədovanın meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.