EN

İtaliyada zəlzələ olub

İtaliyanın cənubundakı Kalabriya regionunda 4,2 bal gücündə zəlzələ qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyanın Geofizika və Vulkanologiya İnstitutunun (INGV) Roma bölməsi məlumat yayıb.

Episentri Kosenza əyalətinin Manqobe bələdiyyəsinin yaxınlığında olan zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkan müxtəlif bölgələrdə aydın hiss edilib, əhali arasında təşviş yaradıb. İnsan tələfatı və dağıntı barədə məlumat verilməyib.

Chosen
69
3
yeniazerbaycan.com

4Sources