EN

İxracdan əldə olunan külli miqdarda pulu ölkəyə qaytarmayanlar məsuliyyətə cəlb edilib

Bakı. Trend:

Xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzisahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitləriniAzərbaycan Respublikasına qaytarmamaları ilə bağlı Dövlət GömrükKomitəsindən daxil olmuş məlumatlar əsasında prokurorluqorqanlarında cinayət işləri başlanaraq ibtidai istintaqaparılır.

Baş Prokurorluqdan Trend-ə bildirilib ki, istintaq tədbirləri iləAzərbaycan Respublikasında qeydə alınan hüquqi şəxslərlə xariciölkələrdəki şirkətlər arasında kənd təsərrüfatı məhsullarınınalqı-satqısına dair müxtəlif vaxtlarda müqavilələrin bağlanması vəhəmin fəaliyyət nəticəsində əldə olunan külli miqdarda gəlirlərinölkəmizdə müvəkkil edilmiş bank hesablarına qaytarılmamasına əsaslışübhələr müəyyən edildiyindən bir sıra şəxslər cinayətməsuliyyətinə cəlb edilib.

Belə ki, Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin208.2.1 (külli miqdarda xarici valyuta vəsaitini xaricdənqaytarmama) və 213.3-cü (xüsusilə külli miqdarda vergiləriödəməkdən yayınma) maddələrilə istintaq edilən cinayət işi üzrə“Qala Meyvə-Tərəvəz İxracat İdxalat” MMC tərəfindən konsiqnasiyayolu ilə xarici ölkələrə ixrac edilmiş malların müqabilində əldəolunan ümumilikdə 51 milyon ABŞ dollarından artıq məbləğdə (müvafiqdövrün məzənnəsi ilə 86 milyon manatdan artıq) pul vəsaitininAzərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabınaqaytarılmaması müəyyən edildiyindən Abbasov İlham Məzahir oğlu işüzrə təqsirləndirilən şəxs qismində cəlb olunub, barəsindəmüstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyihəyata keçirən prokurorun təqdimatı əsasında Sumqayıt ŞəhərMəhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin208.2.1 və 308.1-ci maddələri ilə başlanmış cinayət işi üzrə“R.T.K” MMC tərəfindən ümumilikdə 209 min ABŞ dollarından artıq(müvafiq dövrün məzənnəsi ilə 355 min manatdan artıq) pulvəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankınhesabına qaytarılmaması müəyyən edildiyindən İsmayılov KamranƏhmədağa oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraqqeyd olunan maddələrlə ona ittiham elan edilib və barəsindəistintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündəqətimkan tədbiri seçilib.

Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1 və*308.1-ci maddələri ilə başlanmış cinayət işi üzrə “Qollaktika 01”MMC tərəfindən ümumilikdə 18 min ABŞ dollarından artıq (müvafiqdövrün məzənnəsi ilə 31 min manatdan artıq) pul vəsaitininAzərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabınaqaytarılmaması müəyyən edildiyindən Lazimi Nəriman Məmmədtağı oğluiş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunanmaddələrlə ona ittiham elan edilib və barəsində olan başqa cinayətişi üzrə azadlıqdan məhrumetmə növündə cəza çəkməsi faktı nəzərəalınıb.

Hazırda Dövlət Gömrük Komitəsindən daxil olmuş digər bukateqoriya materiallar üzrə, yəni mal və məhsul ixrac etməklə əldəedilən pul vəsaitini Azərbaycan Respublikasının müvəkkil bankhesablarına qaytarmamış şəxslər barəsində prokurorluq orqanlarındacinayət işləri başlanaraq ibtidai istintaq aparılır və zəruritədbirlər icra olunur.

Məqalədə:
Chosen
2
49
az.trend.az

10Sources