EN

Keçmiş baş nazir: Ukrayna xalqı bir neçə nəsildən sonra yox ola bilər...

Ukraynalılar kadr çatışmazlığı və total səfərbərlik səbəbindən bir neçə nəsildən sonra millət olaraq yoxa çıxa bilərlər...

Poliqon xəbətr verir ki, bu barədə Ukraynanın keçmiş baş naziri Nikolay Azarov öz Telegram kanalında məlumat verib.

O, qeyd edib ki, mövcud vəziyyət davam edərsə, bir neçə nəsildən sonra ukraynalılar tamamilə yox ola bilər. Hazırda ölkəyə 4,5 milyon işçi lazımdır və demoqrafik böhran getdikcə daha da dərinləşir.

Azarov vurğulayıb ki, əmək bazarındakı ehtiyacı qarşılamaq üçün Ukrayna miqrantları cəlb etməli olacaq. Lakin onun fikrincə, bu miqrantlar keçmiş SSRİ ölkələrindən gələnlər olmayacaq, çünki həmin regiondan olan işçilər əsasən Rusiyada çalışmağa üstünlük verirlər.

Azarov hesab edir ki, bu tendensiya dəyişməyəcək. Bu səbəbdən Ukraynanın ehtiyacını daha çox Cənub və Şərqi Asiya ölkələrindən, məsələn, Filippin və ya Tailanddan gələn işçilər qarşılayacaq.

Qeyd edək ki, Ukraynada 2022-ci il fevralın 24-dən hərbi vəziyyət elan olunub. 2022-ci il fevralın 25-də Ukrayna prezidenti Volodimir Zelenski ümumi səfərbərlik haqqında fərman imzalayıb. Bu qərara əsasən, hərbi xidmətə məcbur olan kişilərin ölkədən çıxışına qadağa qoyulub. 2023-cü il oktyabrın 29-da Ukrayna Ali Radası hərbi vəziyyəti və səfərbərliyi 2025-ci il fevralın 7-dək uzadıb.

2024-cü il mayın 18-də Ukraynada səfərbərliyin sərtləşdirilməsi ilə bağlı qanun qüvvəyə minib. Yeni tənzimləmələrə əsasən, hərbi xidmətə məcbur olanların ölkədən çıxmaq, şəxsi vəsaitlərdən istifadə etmək, avtomobil idarə etmək, əmlakla əməliyyatlar aparmaq, habelə sənəd daxili və xarici pasport almaq hüququ ləğv edilib.

Poliqon.info

Chosen
8
poliqon.info

1Sources