EN

Prokurorluq məlumat yaydı: Bu şəxslər ifşa edildi

Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan külli miqdarda pul vəsaitlərini ölkəyə qaytarmayan şəxslər ifşa edilib.

Publika.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Belə ki, Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama və xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma maddələrilə istintaq edilən cinayət işi üzrə “Qala Meyvə-Tərəvəz İxracat İdxalat” MMC tərəfindən konsiqnasiya yolu ilə xarici ölkələrə ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 51 milyon ABŞ dollarından artıq məbləğdə (müvafiq dövrün məzənnəsi ilə 86 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edilib.

Abbasov İlham Məzahir oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub. Barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1 və 308.1-ci maddələri ilə başlanmış cinayət işi üzrə “R.T.K” MMC tərəfindən ümumilikdə 209 min ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 355 min manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən İsmayılov Kamran Əhmədağa oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddələrlə ona ittiham elan edilib.

Barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Chosen
2
49
publika.az

10Sources