EN

Gürcü diplomatlardan hökumətin qərarına etiraz


Gürcüstan Xarici İşlər Nazirliyinin onlarla əməkdaşı hökumətin ölkənin Avropa İttifaqına inteqrasiyasını dayandırmaq qərarını pisləyib.
Yeniavaz.com
yerli KİV-ə istinadla xəbər verir ki, onlar birgə bəyanatla öz mövqelərini bildiriblər.
Bəyanatda qeyd edilib ki, uzun illərdir ki, gürcü diplomatiyası Gürcüstanın Avropa və Avro-Atlantik strukturlara qoşulması üçün bütün səyləri göstərib və bu gürcü xalqının iradəsi və tarixi seçimidir.
“Bu faktı nəzərə alsaq, Gürcüstanın 2028-ci ilə qədər Aİ-yə üzvlük danışıqları gündəliyindən çıxması ilə bağlı bugünkü açıqlama ölkənin strateji maraqlarına uyğun gəlmir”, - bəyanatda bildirilib.
Bəyanat müəlliflərinin fikrincə, hökumətin qərarı Gürcüstan Konstitusiyasının 78-ci maddəsinin tələblərinə ziddir ki, bu da ölkənin Aİ və NATO-ya daxil olmaq kursunu bəyan edir.
Onlar qeyd ediblər ki, Aİ-nin hazırkı genişlənmə dalğası beynəlxalq siyasi hadisələrdən irəli gəlir və Gürcüstan üçün görünməmiş tarixi fürsəti təmsil edir.
Diplomatlar xəbərdarlıq edirlər ki, ölkənin belə bir imkandan imtina etməsi mənfi strateji nəticələrə gətirib çıxaracaq və bu, bir daha təkrarlana bilməz.
“Bundan əlavə, üzvlüklə bağlı danışıqlar prosesinin ləngiməsi ölkənin təcrid olunmasına gətirib çıxaracaq və nəticədə Qərb tərəfdaşlarının dəstəyi olmadan Gürcüstan beynəlxalq və təhlükəsizlik mühitində baş verən proseslər fonunda xüsusilə güclənən təhdidlərlə baş-başa qalacaq”, - bəyanatda qeyd edilib.
Chosen
13
6
yeniavaz.com

7Sources