EN

Dövlət Xidmətində Rəqabət Məcəlləsinin tətbiqi barədə növbəti maarifləndirici seminar keçirilib

Maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət işçi qrupunun Fəaliyyət Planının tələblərinə əsasən təşkil olunub.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qida sektoru, telekommunikasiya və rabitə xidmətləri, metallurgiya və digər sahələrdə təmsil olunan bir sıra təsərrüfat subyektləri nümayəndələrinin iştirakı ilə "Rəqabət Məcəlləsində hökmran mövqe anlayışı, hökmran mövqedən sui-istifadə halları və iqtisadi təmərküzləşmələr" mövzusunda maarifləndirici tədbir keçirilib.

50-dən çox nümayəndənin qatıldığı tədbirdə Dövlət Xidmətinin Antiinhisar nəzarəti şöbəsinin müdiri Fuad Yadigarov açılış nitqi ilə çıxış edərək Rəqabət Məcəlləsinin qəbul olunmasının əhəmiyyəti, iqtisadiyyatda sağlam və davamlı rəqabət mühitinin formalaşdırılmasında Məcəllənin rolundan bəhs edib. Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması, eləcə də milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin artırılmasının vacibliyi vurğulanıb.

Tədbirdə Dövlət Xidmətinin Təbii inhisarlara nəzarət şöbəsinin müdiri Şəmsi Rzalı "Rəqabət Məcəlləsi: tənzimləmə metodları və müasir yanaşmalar" mövzusunda təqdimatla çıxış edib. Rəqabəti məhdudlaşdıran sazişlər, iqtisadi təmərküzləşmələr, haqsız rəqabət və hökmran mövqedən sui-istifadə hallarının aradan qaldırılması ilə bağlı Məcəllədə təsbit olunmuş tənzimləmə mexanizmləri diqqətə çatdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
21
1
olaylar.az

2Sources