EN

Milli Arxiv İdarəsi "tender kralı"ına 672 minlik sifariş verdi

Milli Arxiv İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi "Vest-LTD” QSC (VÖEN – 2100393871) olub.

Qalib şirkət Bakı şəhəri Həsən Bəy Zərdab küçəsi, 593 ünvanında yerləşən Dövlət Arixvlərinin binasında əsaslı təmir işləri aparacaq və qarşılığında 671 min 902 manat 74 qəpik alacaq.

Qeyd edək ki, "Vest-LTD” QSC 14 aprel 2010-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2050 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Cavad xan, ev 51, m. 46” olaraq göstərilir. Şirkətin qanuni təmsilçisi isə Verdəliyev Şahin Əlimərdan oğludur.

Onu da bildirək ki, "Vest-LTD” QSC bugünə kimi dövlət qurumlarının keçirdiyi dəyəri milyonlarla manat olan çoxsaylı tender müsabiqələrində qalib olub.

"Vest-LTD” QSC-nin adı sonuncu dəfə mətbuatda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışı zamanı gündəmə gəlib. Abidənin açılışından sonra Aşıq Ələsgərin heykəli sosial şəbəkələrdə və mətbuatda geniş müzakirələrə səbəb olub. Aşıq Ələsgərin abidəsinin el sənətkarına layiq olduğunu bildirənlərlə yanaşı, heykəl barədə tənqidi fikir səsləndirənlər də olub. Bildirilib ki, Aşıq Ələsgərin abidəsinin hazırlanması üçün Mədəniyyət Nazirliyi "Vest-LTD” QSC-yə 307 min manat vəsait ayırıb.
 
 

Chosen
12
7
7news.az

8Sources