EN

Milli Məclis "Azəri", "Çıraq", "Günəşli" yataqları ilə bağlı layihəni təsdiqləyib

Milli Məclisdə "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq", o cümlədən "Günəşli" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında 14 sentyabr 2017-ci il tarixli Sazişə İkinci Qoşma"nın qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsinə baxılıb.

Layihəyə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində baxılıb.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Komitə sədri Sadiq Qurbanov bildirib ki, qaz sazişi olaraq, bu layihə "Azəri"-"Çıraq"-"Günəşli" (AÇG) hasilatın pay bölgüsü" Sazişinin müqavilə sahəsinin coğrafi hüdudları daxilində yerləşən, lakin müqavilə ilə əhatə olunmayan sərbəst təbii qaz yataqlarındakı hasil edilməmiş qaz və maye karbohidrogenlərin işlənməsini nəzərdə tutur:

"Eyni zamanda, onun mövcud hasilatın pay bölgüsü sazişi əsasında həyata keçirilməsi və əməliyyat prosesləri ilə bağlılığını nəzərə alaraq, qərara alınıb ki, layihə mövcud podratçı şirkətlərlə birgə işlənsin. İkinci Qoşma hazırlanarkən mövcud digər qaz layihələri sazişlərindəki ("Abşeron" və "Şahdəniz" HPBS) əsas kommersiya və fiskal şərtlər əsas götürülüb, eləcə də onların həyata keçirilməsinin müsbət təcrübəsindən istifadə edilib. Sazişə görə, podratçı qarşısında "Çıraq", dərinsulu "Günəşli" yataqları, "Azəri" kontrakt sahəsinə aid olan qaz layları üzrə bir sıra öhdəliklər qoyulub. Belə ki, podratçı tərəflər müəyyən edilmiş müddətlər ərzində qiymətləndirmə aparmaq üçün qiymətləndirmə quyularının qazılması ilə bağlı yekun investisiya qərarlarını qəbul etməli, marketinq işlərini aparmalı, vahid işlənmə proqramlarını hazırlayıb təsdiq üçün Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) təqdim etməli, habelə ilk qazın hasilatının təmin edilməsi ilə bağlı müəyyən tədbirlər görməlidirlər.

Chosen
10
2
demokrat.az

8Sources