EN

Mourinyo avrokuboklarda ən çox qələbə qazanan ikinci baş məşqçi oldu

Türkiyənin “Fənərbağça” komandasının baş məşqçisi Joze Mourinyo diqqətçəkən statistikaya imza atıb.

"Unikal" OPTA-ya istinadən xəbər verir ki, o, UEFA Avropa Liqasının əsas mərhələsində Çexiyada “Slaviya komandası ilə keçirilmiş V tur oyununda (2:1) baş məşqçi kimi 119-cu qələbəsini alıb. Bununla da 62 yaşlı portuqaliyalı çalışdırıcı İspaniyanın “Real Madrid” komandasının baş məşqçisi Karlo Ançelottidən sonra avrokuboklarda ən çox qalibiyyət əldə edən ikinci mütəxəssis olub.

İtaliyalı baş məşqçinin isə Avropa arenasında 121 qələbəsi var.

Qeyd edək ki, Joze Mourinyonun “Fənərbağça” ilə müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq.

Chosen
31
31
unikal.az

10Sources