EN

Uşaqlar üçün sağlam qidalanma ilə bağlı maarifləndirici tədbirlər keçirilir

Paytaxtdakı məktəbəqədər təhsil müəssisələrində sağlam qidalanmanın təbliği və təşviqi məqsədilə maarifləndirici tədbirlər keçirilir.

“İki sahil” xəbər verir ki,  Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, maarifləndirici tədbirlərin əsas məqsədi uşaqları düzgün qidalanma qaydaları ilə tanış etmək, onlara sağlam və zərərli qidalar haqqında məlumat vermək, qida təhlükəsizliyi mövzusunu təbliğ etmək, uşaqlara qida təhlükəsizliyi ilə bağlı bilik və müvafiq vərdişləri aşılamaqdan ibarətdir.

Tədbirlərdə “Sağlam qidalanaq, sağlam yaşayaq”, “Sağlam həyat, sağlam qida” kimi mövzularda uşaqlarla fikir mübadiləsi aparılır, düzgün qidalanma ilə bağlı müvafiq tövsiyələr verilir. Həmçinin uşaqları maraqlandıran suallar cavablandırılır və onlara sağlam qidalanma ilə bağlı maarifləndirici materiallar paylanılır.

Sonda uşaqlar sağlam qidalardan müxtəlif yeməklər hazırlayırlar.

Qeyd edək ki, sağlam qidalanma ilə bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

Chosen
18
5
ikisahil.az

6Sources